“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirildi
Share:
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Bu əlamətdar günlə bağlı Respublikamızda bir çox layihələr, tədbirlər həyata keçirilir. Hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə günü” ilə bağlı tədbirlər planı hazırlanıb.
“Beynəlxalq Ailə Günü”nün tədbirlər planına əsasən “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 4 may 2017-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasının mədəniyyət evində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələri ilə üçün keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın, Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyevanın, Komitənin, Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə cəmiyyətin əsas sosial təsisatlarından olan ailə institutu və onun ətrafında gedən proseslər barədə fikir mübadiləsi aparılıb.
Tədbirin davamı olaraq, ilkin olaraq qəsəbədə məskunlaşmış yaşlı nəslin nümayəndələrinin, qadın və uşaqların müayinəsi keçirilib. Ümumilikdə ailələrin 3 gün ərzində müayinəsi nəzərdə tutulub.