Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş intellektual yarışın regional seçim turları davam etdirilir

9 April 2015

Share:

Bu gün Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş respublika üzrə intellektual yarışın Zəngilan rayonu Mədəniyyət Evində (Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivi) Sumqayıt şəhəri, Zəngilan, Şuşa, Cəbrayıl, Qubadlı, Xocavənd, Laçın rayonlarını təmsil edən komandaların iştirakı ilə seçim mərhələsi keçirilmişdir. Seçim mərhələsində Zəngilan rayonunu təmsil edən komanda fərqlənərək 28 aprel 2015-ci il tarixində Bakı şəhərində (Bakı şəhəri rayonları da daxil olmaqla). Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə təşkil ediləcək final yarışında iştirak hüququ əldə etmişdir.