Uşaq əməyi ilə bağlı növbəti regional təlim Lənkəran şəhərində keçirilmişdir

19 August 2014

Share:

Komitə tərəfindən uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün növbəti təlim 19 avqust, 2014-cü ildə Lənkəran şəhərində keçirilmişdir. 

Təlimdə Lənkəran şəhəri, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin təhsil işçiləri iştirak etmişlər.

Təlim zamanı Komitə əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar etmiş, problemlə bağlı müzakirələr aparılmış, təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirmişdir.