İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Qadın məsələləri üzrə məsul Nazirlərinin V Beynəlxalq Konfransı
Share:
20 oktyabr 2014-cü il tarixində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının Qadın məsələləri üzrə məsul Nazirlərinin V Konfransı öz işinə başlamışdır.
Konfransda 56 ölkə-Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Malayziya, Türkiyə, İndoneziya, İran, Niger, Əlcəzair, Küveyt, Liviya, Qazaxstan, Qatar, Oman, İraq, Pakistan, Misir və s. ölkədən nazirlər və ekspertlər, BMT Əhali Fondu, BMT Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Dünya Bankı və.s.ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.
Azərbaycan Respublikasının Himni cəcləndirildikdən və Müqəddəs Quran ayəsi oxunduqdan sonra, Konfransın səlahiyyətləri Azərbaycan Respublikasına verilməsi ilə bağlı İndoneziyanın ölkəmizdəki səfiri cənab Raden Prayono Atiyanto tərəfindən bəyanat səsləndirildi.
Konfransın səlahiyyətini təhvil alan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Konfransı giriş sözü ilə açaraq, Konfransın əhəmiyyətindən bəhs etmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikası prezidenti cənab Ilham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini cənab Xan Mühammad Naeem, Konfransda BMT Baş katibinin köməkçisi və BMT Qadınlar təşkilatının icraçı direktorunun müavini xanım Lakshmi Puri və BMT Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen çıxış edərək cəmiyyətin inkişafında qadınların rolu və onların hüquqlarının müdafiəsi istiqamətində görüləcək işlər barəsində məruzə etdilər.
Daha sonra Konfrans sessiyalar üzrə işini davam etdirmişdir.
Oktybrın 21-də, Konfransın ikinci günündə Qadınların səlahiyyətləndirilməsi, yoxsulluğun aradan qaldırılması, davamlı inkişafın əldə olunması, adekvat resursların artırılması, gender bərabərliyinə nail olmaq üçün dəstəyin göstərilməsi, qərar qəbul etmə mexanizmlərində qadınların iştirakının artırılması, inkişaf etmiş səhiyyə, təhsil və yüksək iştirak daxil olmaqla cəmiyyətdə qadınlar üçün bərabər imkanların təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə də daxil olmaqla bütün ayrı-seçkilik formalarının aradan qaldırılması və digər məsələlər müzakirə edilmiş və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mövcud durum dəyərləndirilmişdir.
Konfrans çərçivəsində Qadın məsələləri üzrə məsul nazirlərin üzv ölkələrdə qadınların statusu ilə bağlı sənəd imzalanmışdır. Tədbirin sonunda “Bakı bəyannaməsinin” qəbul edilmişdir. Həmçinin İordaniya Haşimilər Krallığının müvafiq nazirliyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qarşılıqlı Anlaşma memorandumu imzalanmışdır