Hicran Hüseynova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Azad İslam Universitetinin Rektoru, mədəniyyət və islam irşadi nazirinin müşaviri Pərvin Dadəndiş ilə görüşüb

22 April 2015

Share:

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Azad İslam Universitetinin Rektoru, mədəniyyət və islam irşadi nazirinin müşaviri Pərvin Dadəndiş ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasında ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığın prespektivləri müzakirə olunub.

 İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən Hicran Hüseynova İranlı qonağa rəhbərlik etdiyi qrumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Ölkəmizdə məqsədyönlü gender siyasətinin aparıldıqını vurğulayan xanım Hicran Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyiətinin diqqətə catdırıb. Komitə sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən İran ilə əməkdaşlığının inkişafının əhəmiyyətini qeyd edib. Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin yüksək qiymətləndirən Pərvin Dadəndiş İran ilə bu sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını bildirib.