Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Ucar və Kürdəmir rayonlarından olan qadın seçicilərlə görüş keçirib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mərkəzi Seçki Komissiyasının birgə əməkdaşlığı ilə regionlarda qadınların seçkilərdə fəallığının yüksəldilməsi və ilk dəfə seçki hüququndan istifadə edəcək qadınların məlumatlılıq səviyyəsinin artırılmasına həsr olunmuş görüşlər davam edir.
Ucar və Kürdəmir rayonlarında baş tutan görüşlərdə ərazi bütövlüyümüzün tam bərpasından sonra baş tutacaq ilk Prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyətini vurğulayan Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışıb. O, qadınlarımızın vətəndaş hüquqlarından istifadə edərək seçki prosesinə aktiv şəkildə qoşulmalarının vacibliyini qeyd edib, 7 fevral tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində bütün qadınları fəal olmağa çağırıb