6 noyabr 2014 il tarixində Cenevrə şəhərində BMT-in ofisində “Pekin+20: Bəyannamə və Fəaliyyət Platformasının icrasında əldə edilən nailiyyətlər” mövzusunda Regional konfrans keçirilmişdir

16 June 2015

Share:

Tədbirdə  gender bərabərliyi, davamli inkişaf sahəsində qadın və qızların rolunun gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan hökümətinin bu sahədə gördüyü  işlərə və uğurlara görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova iclasda həmsədr seçilmişdır.  Hicran Hüseynova öz çıxışında Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən və əldə olunan  nailiyyətlərdən söz açmışdır. Bundan başqa, konfransın açılışında  BMT   Qadınlar təşkilatının icracı direktoru xanım Phumzile Mlambo-Ngcuka, Danimarka şahzadəsi Meri, Qadınların Statusu üzrə QHT prezidenti  xanım Nyaradzayi Gumbonzvanda çıxış etmişdir.

İclasda həmçinin, müzakirə olunan problemlərin  əsas istiqamətini  gender əsaslı zorakılığın aradan qaldırılması və gender bərabərliyinə nail olması üzrə fəaliyyətlərin vacibliyi vurğulanmışdır.

Qeyd edək ki, konfrans iki gün davam edəcəkdir.