Сегодня день рождения выдающегося учёного, доктора медицинских наук Захры Гулиевой

18 January 2024

Share:

Özündən sonra gələn nəsillər üçün örnək ömür yoluna malik soydaşlarımız içərisində özünəməxsus yeri olan gözəl insan, parlaq şəxsiyyət və əsil vətəndaş mövqeyi ilə seçilən görkəmli alim, ictimai xadim Zəhra xanım Quliyevanın anadan olmasından 101 il ötür.

Gözəl və güclü xarakteri, yüksək vətənpərvərliyi və nəcibliyi ilə bu gün də qəlblərimizdə yaşayan Zəhra xanımı dərin hörmət və ehtiramla anırıq!