Komitənin növbəti təlimi uşaq inkişafı üzrə mütəxəssislər üçün keçiriləcək
Share:
Ölkəmizdə fəaliyyət göstərən uşaq inkişafı mütəxəssislərinin erkən uşaqlıq dövründə uşaqlarla iş istiqamətində geniş məlumatlandırılması məqsədilə Türkiyə Respublikasından dəvət olunmuş klinik psixoloq, psixoterapevt Fundem Ecenin iştirakı ilə 4 günlük təlim keçiriləcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilarçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-13 oktyabr 2023-cü il tarixlərdə Sabunçu Gənclər Evində keçiriləcək təlimdə 100-ə yaxın mütəxəssisin iştirakı nəzərdə tutulur.
Təlim çərçivəsində “Bağlanma nəzəriyyəsi ilə oyun terapiyasının əlaqəsi” və “Uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntu” mövzularında məlumatlandırma həyata keçiriləcək. Yekunda iştirakçılara sertifikat təqdim olunacaqdır.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolunun Fəaliyyət planına əsasən, keçirilir.