“Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirilib.

8 December 2023

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası məqsədi ilə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin iştirakı ilə “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirib.

Tədbiri salamlama nitqi ilə açan Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete mövzunun əhəmiyyətindən danışıblar.

 Daha sonra Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov «Uşaqların doğulanadək cins seçimi: stereotiplər və onların yaratdığı problemlər»,Səhiyyə Nazirliyinin əməkdaşı Pərvin Quliyeva isə “Reproduktiv sağlamlığın qorunması. Abort və onun fəsadları” adlı təqdimatlarla çıxış ediblər. 

Sonda  “To be not to be” adlı film nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.