“Məişət zorakılığına YOX deyək” mövzusunda görüşlər keçirilib

4 December 2023

Share:

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirmə istiqamətində növbəti tədbir həyata keçirilib. Tədbir Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilib.

Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov “Özümüzü məişət zorakılığından necə qorumalıyıq” adlı təqdimatla çıxış edərək, iştirakçılara zorakılıq və məişət zorakılığı, onların növləri, məişət zorakılığına məruz qalmış şəxslərə yardım, mövcud qanunvericilik aktları, həyata keçirilən sosial layihələr barədə geniş məlumat verib.

Çıxışlardan sonra “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Affekt” və “Ağ-qara” filmləri gənclərə nümayiş edilib, mövzu ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib.

Ümumilikdə tədbirlərdə 250 yaxın tələbə iştirak edib.