Komitə tərəfindən İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirildi
Share:
29 noyabr 2023-cü il tarixində, Komitə tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.
İmtahanın ardınca keçirilən Müsabiqə Komissiyasının iclasında test imtahanının nəticələrinə baxılmış, müsabiqənin müsahibə mərhələsinin keçirilməsi barədə qərar verilmişdir.
İmtahanda iştirak etmiş üç namizəddən biri tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə etmişdir. İki namizəd isə keçid balını toplaya bilmədiyindən, onların müsabiqədə iştirakı dayandırılmışdır.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.24-cu yarımbəndinə əsasən test imtahanından 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsabiqədə iştirakını davam etdirirlər, keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.
Müsabiqənin müsahibə mərhələsinin vaxtı barədə məlumat tezliklə Dövlət Komitəsinin rəsmi saytında dərc ediləcəkdir.