“Gender bərabərliyinə maneə olan amillər“ mövzusunda seminar keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində 28 noyabr 2023-cü il tarixində “Gender bərabərliyinə maneə olan amillər“ mövzusunda seminar keçirilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı müvafiq bəndinin yerinə yetirilməsi məqsədilə təşkil olunan seminar Dövlət Komitəsinin əməkdaşları Aytəkin Hacıyeva və Sevinc Məmmədova tərəfindən keçirilib.
Seminarda gender bərabərliyinin təmin olunmasında mövcud maneələr, beynəlxalq və yerli qanunvericilik, erkən nikah və gender əsaslı zorakılıq barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara maarifləndirici materiallar paylanıb.