Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “açıq qapı” günü keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.
Ağdam rayonunun Qaradağlı, Goranboy rayonunun Tatarlı, Hacıqabul rayonunun Qarasu, Saatlı rayonunun Potubəyli, Zərdab rayonunun Hüseynxanlı kəndlərində səyyar şəkildə keçirilən “Açıq qapı” günündə psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, autizm sindromlu uşaqlar üçün xidmətlər, təhsil məsələləri, boşanma, müalicə, hüquqi yardım, övladlığagötürmə, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstəklə bağlı ümumilikdə 102 müraciət dinlənilib.
Müraciətlərin həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.