Bahar Muradova Naxçıvanda vətəndaşları qəbul edəcək
Share:
Dövlət Komitəsinin sədri Bahar Muradova 26 oktyabr 2023-cü il tarixində, saat 11:00-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbulda Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.