Komitədə mülki müdafiə işinin təşkili mövzusunda təlim keçirilib

12 October 2023

Share:

12 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə, habelə Komitə əməkdaşlarına maarifləndirmə təlimi keçilib.

Təlimdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, mülki müdafiə qoşunlarının və tibb xidmətinin təlimçiləri tərəfindən yanğın təhlükəsizliyinin təmin olunması, yanğınların təsnifatı, fərdi mühafizə vasitələrinin təyinatı və istifadə olunma qaydaları, radioloji, kimyəvi və bioloji kəşfiyyat cihazları, qazanalizatorlar barədə ətraflı danışılıb. Həmçinin yanğın və tikintidə təhlükəsizlik məsələlərindən bəhs olunub, həkiməqədərki ilk yardım haqqında məlumat verilib. Bununla yanaşı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan təbii fəlakətlər, belə hallarda zəruri davranış qaydaları, yaralanmalar və zədələnmələr zamanı ilkin tibbi yardım, zərərçəkənlərə psixoloji yardım üsulları və qaydaları haqqında seminar və praktiki təlim keçilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Qeyd olunan mövzulara dair videoçarx və foto-slaydlar təqdim edilib, iştirakçıların sualları cavablandırılıb.