Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində regionlarda görüşlər davam etdirilir
Share:
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində regionlarda görüşlər davam etdirilir.
Ağcəbədi, Ağdaş, Neftçala, İmişli, Kürdəmir, Ucar, Yevlax şəhər və rayonlarında keçirilən görüşlərdə rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətlərindən bəhs ediblər.
Tədbirdə qadınların hər bir cəmiyyətdə inkişafın əsas aparıcı qüvvəsi olduğu bildirilib və son illərdə ölkəmizdə gender bərabərliyi sahəsində bir çox vacib addımların atıldığına diqqət çəkilib.
Daha sonra ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və digər aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilərək, Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələr seçilib.