2-сi Beynəlxalq Ailə Konfransı keçirilmişdir
Share:
24-25 yanvar 2015-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İslam Dünyası Qeyri-Hökumət Təşkilatları Birliyinin təşkilatçılığı, Türkiyə Respublikası Ailə və Sosial Siyasət Nazirliyinin dəstəyi ilə 2-ci Beynəlxalq Ailə Konfransı keçirilmişdir. “Ailə – dəyişən dünyada fərdlər arası münasibətlər sistemində. Şəfqət, hörmət, nəzakət, paylaşım” adı altında keçirilən konfransda “Ailə məsələləri ilə bağlı mövcud və gələcəyə istiqamətlənmiş siyasət”, “Ailə hüququnda qanunvericiliyin rolu”, “Müasirləşmə və qloballaşmanın ailəyə təsiri”, “Çətinliklər, problemlər” kimi mövzular ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
52 islam dövlətinin qeyri-hökumət təşkilatlarının və müxtəlif ölkələrin aidiyyəti üzrə nazirlərinin qatıldığı konfransda, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak etmişdir. A.Sofiyeva çıxışı zamanı konfrans iştirakçılarına Respublikamızda həyata keçirilən mövcud və gələcəyə istiqamətlənmiş uğurlu ailə siyasəti haqqında məlumat vermişdir.
2 gün davam edən konfransın sonunda hesabatlar dinlənilmiş və konfransın bağlanış mərasimi keçirilmişdir.