“Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçiriləcək

18 May 2023

Share:

 19 may 2023-cü il tarixində, saat 09:45-də “Pullman Hotel Baku”-nun “Qabala Ballroom” zalında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1C) “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfrans keçiriləcək.

Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə keçiriləcək.

 Tədbirdə nikaha xitam verilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mövzusunda müzakirə aparılacaq.

Konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının, Mediasiya Şurasının vəzifəli şəxsləri ilə yanaşı Bakı Dövlət Universitetinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin nümayəndələri, Bakı şəhəri üzrə icra hakimiyyəti orqanlarının  hüquqşünasları, hüquq müdafiəçiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak edəcəkdir.