“Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı”nın təqdimatına həsr olunmuş tədbir keçiriləcək

16 February 2023

Share:

17 fevral 2023-cü il tarixində saat 15:15-da Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “Məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramı”nın təqdimatına həsr olunmuş tədbir keçiriləcək.
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunmuş Tvinninq layihəsi çərçivəsində Dulut modeli əsasında hazırlanmışdır.
Hazırda bir çox ölkələrdə tətbiq olunan proqram zorakılıq törədən şəxslərin şəxsi davranışını və zorakılığa məruz qalanlara qarşı münasibətlərini dəyişməyə kömək etmək məqsədi daşıyır.
Tədbirdə Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin  və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları ilə yanaşı  Abşeron rayon, Sumqayıt şəhər və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının sədrləri iştirakı nəzərdə tutulub.