“Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçiriləcək
Share:
Yeni Azərbaycan Partiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində, 3 mart 2023-cü il tarixində, saat 15:45-də “Four seasons” hotelinin Rast zalında “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçiriləcək.
Konfransda “Bərabər inkişaf siyasəti: tarixi ənənələr və müasir çağırışlar”, “Yeni Azərbaycan: dövlət idarəçilik sistemində Heydər Əliyev nümunəsi”, “Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri”, “Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi”, “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu” mövzuları ətrafında çıxışlar ediləcək.