Aprel döyüşlərinin ildönümü ilə əlaqədar regionlarda anım tədbirləri keçirilib

6 April 2023

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən rayon idarə və müəssisələrin dəstəyi ilə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar anım tədbirləri, maarifləndirici görüşlər keçirilib, şəhid ailələrinə səfərlər edilib.

Rayon təhsil müəssisələri və Heydər Əliyev Mərkəzlərində keçirilmiş tədbirlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirlərdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aprel döyüşlərinin iştirakçıları məktəblilərə müharibə ilə bağlı xatirələrindən, şəhid ailələrinin üzvləri şəhidlərimizin şərəfli və hər kəsə örnək həyat yolundan danışıblar. Məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edilib, kompozisiyalar nümayiş etdirilib.

Tədbirlərdən ümumilikdə 917 nəfər iştirakçı bəhrələnib.