8 mart “Beynəlxalq Qadınlar Günü” ərəfəsində ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Share:
2 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar Günü” ərəfəsində ödənişsiz tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində Komitənin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları - aztəminatlı, həssas təbəqədən olan xanımlar “Sağlam Ailə” Tibb Mərkəzinin Nərimanov filialında ödənişsiz labarator analiz və həkim müayinəsindən keçiblər. Eyni zmanada aksiya iştirakçılarına maarifləndirmə vəsaitləri təqdim edilib.
Aksiyanın məqsədi “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.2.16-cı bəndinə əsasən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı və Pekin Fəaliyyət Platformasının və digər nəzarət konfranslarının yekun sənədlərinə uyğun olaraq, cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxış imkanının və reproduktiv hüquqların təmin edilməsi bəndinin icrası və mütəmadi olaraq aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi, əhali arasında profilaktik müayinə mədəniyyətini və sağlam həyat tərzini təbliğ etməkdir.