“Fövqəladə hallar zamanı davranış qaydaları” adlı maarifləndirici tədbirlər keçirilib
Share:
1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Göygöl, Ağdam, Zaqatala, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birlikdə “Fövqəladə hallar zamanı davranış qaydaları” adlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, belə hadisələr zamanı davranış qaydalarının öyrənilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.
Həmçinin tədbirlər zamanı yanğınsöndürmə vasitələrindən və əleyhqazdan istifadə qaydaları, yaralıların təxliyyə olunması və ilkin tibbi yardımların edilməsi əyani olaraq iştirakçılara göstərilib.
Tədbirlərdən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərinin əməkdaşları, həmçinin ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi, mərkəz benefisiarları və icma sakinləri olmaqla ümumilikdə 611 nəfər faydalanıb