Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qobustan rayonunda vətəndaşları qəbul etmişdir.

31 March 2015

Share:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 31 mart  2015-ci il tarixində saat 11:00-da Qobustan rayonundakı Gənclər Mərkəzində bu rayondan, eləcə də  Ağsu, Şamaxı, İsmayıllı, Göyçayrayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbulda bu rayonlardan olan ailələr  öz problemləri ilə bağlı müraciət etmişlər. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun məsələləri elə yerindəcə həll edilmişdir. Bu müraciətlər arasında  qadın hüquqlarının müdafiəsi, erkən nikah,  məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinat, sağlamlıq, övladlığa götürülmə və digər məsələlr  yer tutur. Eyni zamanda, Komitəinin fəaliyyətinə və səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. Qəbul zamanı rayon sakinləri tərəfindən təkliflər və müraciətlər edilmişdir.