“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Share:
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində yanvarın 26-da Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Layihə haqqında məlumatlara dair rəsmi açılışdan sonra konfrans “Genderə həssas məktəblərin təşviqi” layihəsinin yekunlarına həsr olunmuş və “Genderyönümlü tədris prosesi”, “Genderyönümlü tədris və öyrənmə materealları”, “Genderə həssas təhsil mühitinin təşviqi üçün maraqlı tərəflərin cəlbi və müvəkkillik” mövzularına dair 3 panel üzrə davam etdirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Aytəkin Hacıyeva “Genderə həssas təhsil mühitinin təşviqi üçün maraqlı tərəflərin cəlbi və müvəkkillik” panelində “Təhsil gender bərabərliyinin təmin olunmasının əsas aspekti kimi” mövzusunda çıxış edərək dövlət gender siyasəti, milli və beynəlxalq qanunvericilik, institusional mexanizmlər, həyata keçirilən layihələr, nəşrlər barədə məlumat vermişdir.