Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Nəsimi rayonunda “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib

7 April 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq Bakı şəhərinin hər bir rayonu üzrə uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Növbəti təlim 6 aprel 2017-ci il Nəsimi rayon İcra Hakimiyyətində keçirilib. Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısının I müavini Gülarə Verdiyeva açaraq uşaqlar üçün təşkil edilən təlimin uşaqların öz hüquqları ilə bağı məlumatlandırılmasında, onların sosial aktivliyinin artırlımasında əhəmiyyətini vurğuladı, Komitə tərəfindən bu istiqamətdə təşkil edilən tədbirlərin aktuallığını qeyd etdi. Təlimdə Uşaq Problemləri şöbəsinin müdir müavini Reyhan Seyidova və həmin şöbənin əməkdaşları Günel Nağdəliyeva və Fərid Ədilov iştirak ediblər. Tədbirdə Nəsimi rayon məktəblərini təmsil edən 42 məktəbli iştirak edib.

Təlimdə uşaq hüquqları ilə bağlı məlumat verilib, mövzu ətrafında aktiv müzakirələr aparılıb, uşaq məsələlərini əhatə edən müxtəlif sosial çarxlar nümayiş edilib.

 

17796006_1434409966580514_7814941204778611484_n17796309_1434409739913870_3445526849352274047_n17796605_1434410336580477_6509580762493687063_n