“Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media Müstəvisində adlı tədbir keçiriləcək
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 25 noyabr 2022-ci il tarixində saat 11:00-da Pullman Baku otelinin "Qəbələ Ballroom" zalında “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” Media Müstəvisində adlı tədbir keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək, o cümlədən onların dəstəyi ilə hər kəsə çağırış etməkdir.
Qeyd edək ki, “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin, eləcə də blogerlərin iştirakı nəzərdə tutulub.