18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı regionlarda tədbirlər keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad, Zərdab, Hacıqabul, Goranboy, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı təhsil müəssisələrində və rayon Heydər Əliyev Mərkəzlərində tədbirlər keçirilib.
Tədbirlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, təhsil müəssisələrinin şagird və müəllim kollektivi, UADM-lərin və Heydər Əliyev Mərkəzlərinin əməkdaşları, həmçinin könüllülər iştirak edib.
Tədbirdən öncə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Müstəqilliyin Bərpası Gününün yaranması tarixinə nəzər salıb, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər, Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbə barədə iştirakçılara məlumat veriblər.
Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbirlər məktəblilərin ifasında bədii hissə ilə davam etdirilib.