Uşaq və Ailələrə Dəstək Mərkəzləri bayram tədbirləri keçirib

30 December 2015

Share:

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətiylə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Göygöl, Goranboy, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə şənlik tədbirləri keçirilib. Tədbirdə Mərkəz xidmətlərindən bəhrələnən uşaqlar şeirlər söyləyib, rəqs və səhnəciklər nümayiş etdiriblər.

Sağlamlıq imkanları məhdud, kimsəsiz və imkansız ailələrdən olan uşaqların və valideynlərinin iştirak etdiyi tədbirdə uşaqlar üçün konsert proqramı təşkil edilib və yeni il hədiyyələri paylanılıb.