Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

23 January 2016

Share:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yanvarın 22-də İmişli rayonunda Heydər Əliyev Mərkəzində İmişli, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Komitə sədri Hicran Hüseynova və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra mərkəzdə qəbul keçirilib. Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər arasında qadın sahibkarlara kömək, əlil uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığaverilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalmaq və .s. yer alıb.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Komitənin səlahiyyətinə daxil olmayan bəzi məsələlər isə qeydiyyata götürülərək həlli üçün müvafiq strukturlara yönləndimələr həyata keçirilib.

Qəbul başa çatdıqdan sonra Komitə sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və ehtiyac yaranarsa, lazımi köməkliyin göstəriləcəyi bildirilib.