“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinin yekun tədbiri keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səbail Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə Səbail rayonunda yerli icma nümayəndələri tərəfindən qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” adlı layihəyə yekun vurulub.
Tədbirdə Dövlət Komitəsinin Qadın Problemləri və Gender Məsələləri şöbəsinin müdir müavini Səbinə Talışınskaya və layihənin təlimçisi Regional Mərkəzlərlə İş Şöbəsinin əməkdaşı Zülfiyyə Sadıqova iştirak ediblər. Tədbirdə layihənin təlimçilərinə təşəkkürnamələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarifləndirmək, özünə güvəni artırmaqdır. Bunun üçün üç ay ərzində gənc qadınlara hüquqi biliklərin artırılması istiqamətində və özgüvən, özünümüdafiə ilə bağlı təlimlər keçirilib.