Uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər davam edir

15 July 2022

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planının icrası istiqamətində tədbirlər həyata keçirilir.

Dövlət Komitəsinin Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsinə cəlb olunmuş uşaqların yay istirahəti və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirlər davam etdirilir.

Eyni zamanda Zərdab, Sabirabad, Saatlı UADM-ləri rayonlarda, kənd və qəsəbələrdə uşaqların Tarix-Diyarşünaslıq Muzeylərinə, rayonların görməli yerlərinə ekskursiyalar təşkil edib, açıq havada əyləncəli oyunlar keçiriblər.

Tədbirlərdə UADM-lərin əməkdaşları, şəhid və qazi ailələrindən olan, mərkəzlərin xidmətlərindən bəhrələnən və aztəminatlı ailələrin uşaqları, məktəblilər, könüllülər iştirak ediblər.

Qeyd edək ki, yay aylarında bu cür tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcək.