Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zərdab rayon ictimaiyyəti ilə görüş keçirəcək

10 February 2016

Share:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu və  ictimaiyyətlə görüşünü davam etdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 fevral 2016-cı il tarixində Zərdab rayonunun Mədəniyyət Evində ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək. Görüş saat 11:00-da baş tutacaq.

Ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat veriləcək, eyni zamanda Zərdab rayonda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri,  qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular müzakirə olunacaq və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin ediləcək.

Görüşdə əlil uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalmaq və .s. kimi məsələlərlə bağlı müraciət edən vətəndaşlar iştirak edəcəklər. Görüş zamanı vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Bütün KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.