15 iyul 2022-ci il tarixindən etibarən Azərbaycanın 14 rayonunda vətəndaşlara ödənişsiz hüquqi xidmət göstəriləcək

8 July 2022

Share:

Vətəndaşlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə rayonlarda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərində bu xidmətlərdən yararlana biləcəklər.

Ödənişsiz hüquqi xidmət “Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə həmçinin regionlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində də fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub. İlk təlim kursu 4-5 iyul tarixlərində Masallıda təşkil olunub. 14 rayonun hüquqşünaslarının iştirak etdiyi təlimçilərin təlimi kursu inzibati və mülki hüquq üzrə pulsuz xidmətlərin göstərilməsinə həsr olunub.