“İnsan Hüquqları Aylığı” çərçivəsində regionlarda silsilə tədbirlər davam edir

14 June 2022

Share:

Ölkəmizdə insan hüquqlarınıntəmin olunması dövlət siyasətinin əsasistiqamətlərindən biri kimi müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.

“İnsan Hüquqları Aylığı”nın elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, qazanılmış nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.

Dövlət Komitəsinin Goranboy, Saatlı, Zərdab, Göygöl, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyət göstərdiyi rayonlarda, aidiyyəti dövlət orqanları,təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilən əsas insan və vətəndaş hüquqları barədə məlumat verilib, faydalı sosial videoçarxlar nümayiş olunub, maarifləndirici materiallar təqdim edilib.