“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”
Share:
Bildiyiniz kimi, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı göstəriş verilmiş və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03 fevral 2016-cı il tarixli Fərmanına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın 15 fevral 2016-cı il tarixli Əmri ilə yaradılan Apellyasi Şurasının tərkibi və katibliyi təsdiq edirilib. Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanova Şuranın sədri, Komitənin aparatının şöbə müdirlərindən ibarət 8 nəfər isə Şuranın üzvləri təyin ediliblər.
Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Şuranın sədri:
Sədaqət Qəhrəmanova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Şuranın üzvləri:
Kəmalə Ocaqova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri
Taliyə İbrahimova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri
Gülnarə Məmmədova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri
Cəmilə Bağırova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri
Elgün Səfərov-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri
Ceyran Rəhmətullayevə-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri
Elşad Kərimov-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Maliyyə təsərrüfat şöbəsinin müdiri
Elmira Qurbanlı-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin müdiri
Katibliyin rəhbəri:
Oqtay İbrahimov-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri
Katibliyin üzvləri:
Vəsilə Möhsümova-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdir müavini
Aynənsə Paşayeva-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinin baş məsləhətçisi
Bütün KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.