Uşaq və Ailələrə Dəstək Mərkəzlərində Xocalı şəhidləri anılıb

24 February 2016

Share:

Xocalı soyqrımının 24-cü ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayon məktəblərinin müəllim və şagird heyətinin, mərkəz xidmətlərindən bəhrələnən uşaqların, həmin qanlı gecənin şahidlərinin iştirakı ilə anım günü və silsilə tədbirlər-dəyirmi masalar, icma dinləmələri, rəsm müsabiqələri keçirilib.

İlk öncə soyqırımda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edənlər 26 fevral 1992-ci il tarixi erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqrım siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd ediblər. Xocalı soyqrımından 24 il ötməsinə baxmayaraq, Xocalı sakinlərinin qanlı göz yaşları heç zaman unudulmayacaq.

Tədbirdə məktəblilər Xocalı soyqrımına həsr etdikləri kompozisiyaları təqdim ediblər.