Türkiyəyə səfər çərçivəsində Bahar Muradova Ədalət və İnkişaf Partiyasında da görüşlər keçirib
Share:
21 aprel 2022-ci il tarixində Komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın və Türkiyə Böyük Millət Məclisinin üzvü, AK Partinin Qadın Təşkilatının sədri Ayşə Kəşirin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tərəflər cəmiyyətimizin inkişafında aparıcı qüvvə olan qadınların ictimai-siyasi proseslərdəki rolu, hüquqlarının qorunmasına dövlət dəstəyi və digər məsələlər barədə səmərəli müzakirələr aparıblar.
Daha sonra Bahar Muradova AK Partinin Xarici əlaqələr bölüm rəhbərinin müavini Afif Demirkıranla görüşüb. Görüş zamanı hakim partiyalar arasındakı münasibətlər, hər iki partiyanın ölkələrimizin ictimai-siyasi həyatındakı aparıcı rolu, uzun illər ərzində iqtidar partiyası kimi fəaliyyətinin nəticələri, regionun ən güclü siyasi qüvvələri kimi artan nüfuzu barədə fikir mübadiləsi aparılıb. Partiyalararası əlaqələrin iki və çoxtərəfli istiqamətləri, həmçinin gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin söhbət əsnasında gənclər və qadınların partiya həyatında iştirakı və təmsilçiliyinin artırılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.
Ailə qadın və uşaq məsələləri, qadın kişi bərabərliyinin partiyadaxili proseslərin əsas komponentləri kimi diqqəttə saxlanmasının əhəmiyyəti vurğulanıb.