Cəlilabadda “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda təlim keçirilib

15 April 2022

Share:

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.6-cı yarımbəndində qeyd edilən məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil və peşə təhsili müəssisələrində mühazirə və seminarların təşkili məqsədilə 14 aprel 2022-ci il tarixində, Cəlilabad rayon Peşə Liseyində təhsil alan tələbələrin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar keçirilib.
Peşə Liseyinin direktoru Etibar Sadıqov təlimin əhəmiyyətini qeyd edərək, məişət zorakılığının fəsadları haqqında məlumatları diqqətə çatdırıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin əməkdaşı Rahil Süleymanzadə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barəsində ətraflı çıxış edərək, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi və digər məsələlər ilə bağlı məlumat verib.
Təlim gənclərin suallarının cavablandırılması ilə davam edib.