“Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 13 aprel 2022-ci il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin iştirakı ilə “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə işləri üzrə prorektoru Ziba Ağayeva mövzunun əhəmiyyətini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək, dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə iştirakçılara geniş məlumat verib.
Tədbir iştirakçılarına mövzuya uyğun olaraq “Ailə bir ağacdır” və “Xoşbəxtliyimizin açarı ailədir” adlı qısametrajlı sosial çarx və “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimat nümayiş olunub.
Tədbirdən ümumilikdə 154 nəfər tələbə və müəllim heyəti faydalanıb.