Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vətəndaş müraciətlərini cavablandırması üzrə fəaliyyəti yüksək qiymətləndirilib
Share:
Media Təhlil Mərkəzi dövlət və özəl qurumların çağrı mərkəzlərinin və vətəndaş müraciətləri ilə bağlı nömrələrin fəaliyyət indeksini müəyyənləşdirmək üçün sorğu keçirib. Bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.
Soğuda Dövlət Komitəsinin fəaliyyəti onballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Bildirilir ki, Komitə zənglərə operativ cavab verir, şikayətlər, təkliflər qeydə alınır və müraciətlər nəzarətə götürülür.