8 Mart-Beynəlxalq Qadınlar Günü

8 March 2016

Share:

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə tədbirlər keçirilmişdir. Şüvəlan, Ağdam, Hacıqabul, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərində dəyirmi masalar təşkil edilmiş, qadının ailədəki rolu və məsuliyyəti barədə fikir mübadiləsi aparılmışdır. Tədbirdə iştirak edən aztəminatlı ailələrdən olan, sağlamlıq imkanları məhdud, məcburi köçkün qadınlara hədiyyələr təqdim edilmişdir.

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi sağlamlıq imkanları məhdud qadınları ziyarət etmiş, onların vəziyyəti ilə maraqlanmış və hər zaman dövlətin diqqət mərkəzində olduqları bildirmişdirlər.