Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində Nailə Qəhrəmanovanın əl işlərindən ibarət sərgi təşkil edilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həssas əhali qrupundan olan ailələrin cəmiyyətə inteqrasiyası, inklüzivliyi və stimullaşdırılması, əlilliyi olan şəxslərin istedadının inkişafı, onlara mənəvi-psixoloji dəstəyin göstərilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin də yaxından iştirakı ilə dəyirmi masa, əl işlərindən ibarət satış sərgisi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinə səfərlər təşkil edilir.
Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Əlillik əngəl deyil” adlı tədbir keçirilib.Tədbirdə I qrup əlilliyi olan Nailə Qəhrəmanovanın əl işi olan toxuculuq nümunələri nümayiş etdirilib.
Sərgidə Göygöl Rayon İcra Hakimiyyəti, Rayon Əlil Qadınlar Cəmiyyəti, Təhsil Şöbəsi, Peşə Məktəbi, Gənclər Evinin nümayəndələri, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi, Rayon Mərkəzi Xəstəxanası, media nümayəndələri, eləcə də Göygöl UADM-in xidmətlərindən bəhrələnən uşaqların valideynləri iştirak ediblər. Sərginin sonunda əl işlərinin satışı təşkil olunub.