Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində bayram şənliyi keçirilmişdir

22 March 2016

Share:

Novruz bayramı münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Ağdam, Göygöl, Goranboy, Zaqatala, Zərdab, Qəbələ, İsmayıllı  Uşaq və Ailələrə Dəstək Mərkəzlərində bayram şənliyi  keçirilmişdir. Tədbirdə Mərkəzin xidmətindən bəhrələnən, xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, natamam və çoxuşaqlı ailələrdən olan uşaqlar və onların valideynləri iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qədim adət-ənənələrini uşaqlara əyani olaraq göstərmək, onları sevindirmək idi. Tədbir Mərkəz əməkdaşlarının çıxışları və uşaqların hazırladıqları səhnəciklə davam etdi. Tədbirin sonunda ailələrə bayram sovqatı paylanmışdır. Bayramla əlaqədar  İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqları evlərində ziyarət etdi. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən sağlamlıq imkanları məhdud, aztəminatlı ailələrdən olan 100 uşağın Bahar şənliyində iştirakı təmin edildi.