İsmayıllıda 16 günlük fəallıq kampaniyası çərçivəsində görüş keçirilib

1 December 2021

Share:

1 dekabr 2021-ci il tarixində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində məişət zorakılığı mövzusunda görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, eləcə də UADM üzvləri və məktəb psixoloqları iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərə, eləcə də cəmiyyətin aşkar mənfi münasibətinə, baxmayaraq, dünyanın bir çox ölkələsində olduğu kimi, Azərbaycanda da belə hallar hələ də mövcuddur. O, qeyd edib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının kobud şəkildə pozulması hesab edilməli və bununla bağlı ciddi tədbirlər görülməlidir.
Daha sonra məişət zorakılığının qarşısının alınması istiqamətində bələdiyyələrdə yaranan gender məsələləri komissiyalarının rolu barədə müzakirələr aparılıb və bu mövzuda tədbir iştirakçılarına müvafiq tövsiyələr verilib.