Dövlət Komitəsinin nümayəndəsi Avropa Şurası Gender Bərabərliyi üzrə Komissiyasının 20-ci sessiyasında iştirak edib

23 November 2021

Share:

23-25 noyabr 2021-ci il tarixlərində Avropa Şurası Gender Bərabərliyi üzrə Komissiyasının hibrid formatda 20-ci iclası keçirilib. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov iştirak edib.
İclas zamanı miqrant, qaçqın və sığınacaq axtaran qadın və qızlarla bağlı hazırlanmış tövsiyə sənədinin müzakirəsi həyata keçirilib, üzv dövlətlərin Komissiyada təmsil olunan nümayəndələri sənədlə bağlı öz təklif və iradlarını diqqətə çatdırıblar.
3 günlük sessiya müddətində COVID-19 pandemiyasının gender bərabərliyinə təsiri, gender stereotipləri və seksizmə qarşı mübarizə və qarşısının alınması, qadın və qızlara qarşı zorakılıqla mübarizə, qadın və kişilərin siyasi və ictimai qərar qəbuletmədə bərabərliyinin təmin edilməsinə nail olunması mövzularında tematik müzakirələr və fikir mübadiləsi aparılıb.
Sessiyalar müddətində Fərid Ədilov koronavirus pandemiyasının insanlara təsirini minimuma endirmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər, həmçinin gender siyasəti və qadınların dövlətin ictimai və siyasi həyatında iştiraçılığı ilə bağlı ölkədə görülmüş fəaliyyətlər barədə danışıb, qeyd edilən mövzular ətrafında müzakirələrdə iştirak edib.