Komitə tərəfindənXəzər rayonu 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün BP şirkətinin idarə etdiyi Neft və Qaz terminalında yerləşən “Xəzər Enerji” mərkəzinə ekskursiya təşkil olunmuşdur
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır. Bu il 20 may – 1 iyun tarixlərində keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 23 may 2014-cü il tarixində Xəzər rayonu 11 nömrəli İnteqrasiya təlimli tnternat məktəbinin uşaqları üçün BP şirkətinin idarə etdiyi Neft və Qaz terminalında yerləşən Xəzər Enerji Mərkəzinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın təşkilində məqsəd Xəzər rayonu 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqlarının asudə vaxtının səmərəli təşkili, həmçinin uşaqları BP-nin idarə etdiyi Neft və Qaz terminalında yerləşən Xəzər Enerji Mərkəzində neft məhsulları və neftçıxarma avadanlıqları ilə tanış etmək idi. Xəzər Enerji Mərkəzinə ekskursiya zamanı uşaqlar müxtəlif neft, qaz və mədən eksponatları ilə yaxından tanış olmuş, bəzi avadanlıqlarla təcrübələr aparmış, uşaqlar üçün neftin yaranma tarixi və mənbəyi haqqında qısametrajlı film təqdim olunmuşdur. Daha sonra uşaqların neft-qaz sənayesi haqqında biliklərinin yoxlamaq üçün bilik viktorinası təşkil olunmuş, yarışma zamanı komandalar arasında 1-ci yerə çıxan uşaqlara qol saatı və digər yerləri tutan uşaqlara müxtəlif hədiyyələr verilmişdir. Ekskursiyanin sonunda uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BP şirkətinin “Xəzər Enerji” mərkəzi tərəfindən müxtəlif hədiyyələr təqdim edilmiş, çay süfrəsi və yemək təşkil olunmuşdur.