“ASAN könülləri” ilə birlikdə “asan məktub” layihəsi

15 April 2016

Share:

13-15 aprel 2016-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi və bir qrup əməkdaşın iştirakı ilə Gəncə, Göygöl, Naftalan şəhərlərində, Tərtər, Ağdam və Goranboy rayonlarında risk qrupundan olan ailələrlə görüşlər keçirilmişdir. Görüşlərin keçirilməsində məqsəd həssas təbəqədən olan əhaliyə mənəvi-psixoloji dəstək göstərmək idi.

Səfər zamanı həmçinin Dövlət Komitəsi “ASAN könülləri” ilə birlikdə “asan məktub” layihəsi çərçivəsində Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin köməkliyi ilə Goranboy, Ağdam və Tərtər rayonlarında yaşayan 4-14 yaş arası, aztəminatlı ailələrdən olan uşaqların arzu və istəklərini reallaşdırmaq məqsədilə uşaqların istəklərini qeyd etdikləri məktublar toplanmışdır.