Masallıda “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə” mövzusunda tədbir keçirildi
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” na uyğun olaraq, Masallı rayon İcra Hakimiyyəti və Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 30 sentyabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində gənclər və yeniyetmələr üçün tədbir keçirilib.
Giriş nitqi ilə çıxış edən Komitənin Ailə problemləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli iştirakçıları salamlayaraq, yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə işləri, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında oğlan uşağına verilən üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması haqqında danışıb.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova selektiv abortların anaların sağlamlığı və demoqrafik balansın pozulmasına və milli genofondumuza olan mənfi təsirləri, eyni zamanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında məlumatları diqqətə çatdırıb.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Sonda “Qan qohumları arasında nikah və onun fəsadları”, “QİÇS-lə mübarizə” adlı maarifləndirmə materialları paylanılıb.